Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir.

20 may 2021 | 16:00

Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilən profilaktik tədbirlər Şirvan şəhərində də uğurla davam etdirilir.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, vaksinasiya kampaniyasında şəhər sakinləri aktiv iştirak edir, koronavirus pandemiyasının tezliklə başa çatması üçün birlik nümayiş etdirirlər.
   Hazırda Şirvan şəhərində 18 yaşdan yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir.   19 may 2021-ci il tarixdə gün ərzində 429 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 259, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 170 nəfərdir.
   Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Elə Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

   Mətbuat xidməti

 

Keçidlər