Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda səyyar briqadalar vasitəsilə vaksinasiyaya başlanılıb.

24 may 2021 | 16:00

Şirvan Mərkəzi Xəstəxanasında yaradılan vaksinasiya  məntəqəsində sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə 21 may 2021-ci il tarixdən başlayaraq şəhərin müxtəlif ərazilərində səyyar briqadalar təşkil olunub. Məcburi köçkünlər üçün inşa olunmuş yeni qəsəbədə, 13 nömrəli tam orta məktəbdə (Köhnə şəhər yaşayış sahəsi), Hacıqəhərmanlı və Bayramlı qəsəbələrində yaradılan səyyar biriqadalar tərəfindən hazırda şəhər sakinlərinin vaksinasiyası həyata keçirilir.
   Qeyd edək ki, Şirvan şəhərində COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu günə qədər ümumilikdə 18341 olmaqla 10966 şəhər sakininə 1-ci doza, 7375 şəhər sakininə isə 2-ci doza vaksin vurulub.
   Koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınması, kütləvi immunitetin formalaşması üçün yaşı 18-dən yuxarı bütün şəhər sakinlərini vaksinasiya kampaniyasında aktiv iştirak etməyə dəvət edirik.

   Mətbuat xidməti

Keçidlər