Şriftin ölçüsü :

Saytın rəngi :

28 may Respublika günü münasibətilə onlayn elmi-praktik konfrans keçirildi.

27 may 2021 | 16:00

27 may 2021-ci il tarixində Şirvan şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Təhsil Şöbəsinin və  Şirvan şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 28 May “Respublika Günü” münasibətilə onlayn elmi-praktik konfrans keçirildi. Konfransda Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçisinin, Gənclər və İdman İdarəsinin yerli nümayəndələri, Şirvan şəhər Təhsil Şöbəsinin əməkdaşları, fəal gənclər  iştirak etdilər.
   Konfransı giriş sözü ilə açan Təhsil şöbəsinin Metodkabinetin müdiri Həsənov Elçin 28 May 1918-ci ildə Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açdı.  Azərbaycan tarixinin şanlı səhifələrindən olan, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi sayılan və müasir dövlətçilik tariximizdə önəmli yerə malik olan cümhuriyyətin XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələrinin əsasını qoyduğunu bildirdi.
Daha sonra tədbirdə çıxış edən ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Adəm Hüseynov bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyəti təcavüzə məruz qaldığı üçün qarşıya qoyduğu məqsədlərə tam müvəffəq ola bilmədən süquta uğrasa da, onun şüurlarda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı. Azərbaycan xalqı ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxlaya bildi. Ümummilli lider Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı. Ümummilli lider, Ulu öndər Heydər Əliyevin “müasir Azərbaycan dövləti məhz 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” kəlamını xatırladaraq, bildirdi ki, Ümummilli lider Heydər Əliyev hər zaman tarixi dəyərlərə, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik ənənələrinə hörmətin və onun ideyalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb.
   14 mömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynadığını bildirib. O, Azərbaycan Xalq Cümhuriyyətinin çox ağır bir tarixi şəraitdə və həssas geosiyasi məkanda yaransa da, dövlətçilik tariximizin əsaslarının təməlini qoyduğunu dedi. O, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bir sıra mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini də vurğuladı. Azərbaycanda qadınlara seçki hüququnun verilməsi, parlamentin, həmçinin 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qəbul edilən qanunların xüsusi əhəmiyyəti olduğunu dedi. Həmin dövrdə Azərbaycan dilinə dövlət dili statusu verilməsinin, 1918-ci il iyunun 26-da Xalq Cümhuriyyətinin hökumətinin Azərbaycanın ilk Milli Ordu hissəsinin-əlahiddə diviziyanın yaradılması barədə qərarının da əhəmiyyətli qərarlardan biri olduğunun bildirdi.
   1 nömrəli tam orta məktəbin direktor müavini Elnur Novruzov  çıxışında qeyd etdi ki, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Keçidlər