Şriftin ölçüsü :

Saytın rəngi :

"Doğma yurdu təsvir edirəm" adlı sərgi-plener təşkil olundu.

27 may 2021 | 16:00

Şirvan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə 28 may Respublika günü münasibətilə Qalereyanın yerləşdiyi binanın önündə "Doğma yurdu təsvir edirəm" adlı sərgi-plener təşkil olundu.
   Uşaqlar və yeniyetmələrə vətənpərvərlik, dövlətçilik ənənələrinə sadiqlik hislərinin aşılanması, məktəblilər arasında bədii düşüncə tərzini, zövq və yaradıcılıq duyğularının formalaşdırılması, habelə, böyüməkdə olan nəslin rəssamlıq sənətinə marağının stimullaşdırılması məqsədilə təşkil olunan  sərgidə 20-dən artıq rəsm nümayiş etdirilirdi.
   Plenerdə isə istedadlı uşaq və yeniyetmələr vətənpərvərlik mövzusunda və natürmort janrında olan etüdlər işləyiblər.

Keçidlər