Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Şəhidlər Xiyabanını ziyarət edib.

27 may 2021 | 16:00

Mayın 27-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov,  Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, xidmət təşkilatlarının və ictimai birliklərin rəhbərləri  tərəfindən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub, Allahdan hər birinə rəhmət, ailələrinə səbir dilənib.
   Sonra Şəhidlər Xiyabanının abadlıq-quruculuq işlərinin aparıldığı  ərazidə, “Qəmgin ana abidəsi”nin önündə şəhid ailələri ilə görüş keçirilib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək bildirib ki, həm Birinci Qarabağ müharibəsində, həm də Vətən müharibəsində döyüşən hər bir şəhidimizin, qazimizin, iştirakçımızın  amalı torpaqlarımızı işğaldan azad etmək, zəfər çalmaq olub. Nəhayət 30 ildən sonra Qalib Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun şanlı tarix yazaraq Qələbə qazanması, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaradıb. Bu gün Qarabağımızın yenidən dirçəlməsi üçün dünyada analoqu olmayan layihələr həyata keçirilir, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərdə “ağıllı kənd”, “ağıllı şəhər” yaradılması hər bir azərbaycanlını sevindirir, şəhidlərimizin ruhunu şad edir. Onların canı-qanı bahasına azad edilən torpaqlarda görülən bərpa işləri şəhidlərimizin ruhuna ithaf edilir.
   Ölkə üzrə aparılan abalıq-yenidənqurma işlərinin Şirvan şəhərində də davam etdirildiyini vurğulayan İlqar Abbasov qeyd edib ki, xüsusilə Şəhidlər Xiyabanında il ərzində xeyli iş görülüb. Belə ki, Tarixi Qələbə ilə başa çatan Vətən müharibəsi şəhidlərinin məzarüstü abidələri ailələrinin istəklərinə uyğun qaydada qara mərmərdən quraşdırılıb, məzarların ətrafına qranit plitələr düzülüb. Əbədi Məşəl abidə kompleksində təmir işləri aparılıb, ziyarətçilərin rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni səkilər salınıb, müasir işıqlandırma sistemləri quraşdırılıb, Xiyabanın hasarında suvaq işləri görülüb, giriş qapısının üzərində Azərbaycan Respublikasının şanlı üçrəngli bayrağı ucaldılıb, əraziyə  yeni su və kanalizasiya xətləri çəkilb, sanitar-qovşaq tikilib. Xiyabanın torpaq ərazisində il ərzində bir neçə dəfə ağacəkmə kompaniyası keçirilib. Şəhidlər Xiyabanınadək 2,5 km piyadalar üçün səki salınıb, bordyurlar düzəldilib, asfaltlanma işləri aparılıb. Bildirilib ki, hazırda Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkından Şəhidlər Xiyabanına köçürülən “Qəmgin Ana” abidə kompleksinin tikintisi davam etdirilir, artıq abidənin bünövrəsinin monolit dəmir-beton işləri tamamlanıb. Kompleksin ətrafında “31 Mart Azərbaycanlıların soyqırımı”, “1941-1945-ci illər İkinci Dünya müharibəsi”, “20 Yanvar”, “26 Fevral Xocalı faciəsi”, “Birinci Qarabağ müharibəsi”, “İkinci Qarabağ müharibəsi” qurbanlarının və şəhidlərin xatirəsinə həsr olunmuş xatirə lövhələrinin tikintisi davam etdirilir.
   İcra Hakimiyyətinin başçısı müntəzəm olaraq Şəhidlər Xiyabanını ziyarət etdiyini, görülən işlərlə yaxından tanış olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı şəhidlərə hörmət və ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanını ziyarət edəcək, ziyarətə gələn şəhid ailələri ilə görüşəcək və onların problemlərini dinləyəcəkdir.
   Sonra İlqar Abbasov şəhid ailələrinin üzvlərini narahat edən məsələləri dinləyib və onların həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
   Tədbirdə qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Şirvan şəhərində də şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupları lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Vətən müharibəsi şəhidlərinin hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən poblemlər dinlənilir.
   Şəhidlərin ailə üzvləri şəhid ailələrinin rifah halının yaxşılaşdırılması məqsədilə imzala+nan fərman və sərəncamlardan məmnunluq ifadə etdiklərini, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət və qayğıya görə ölkə başçımıza və Birinci vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulayıblar.

Mətbuat xidməti

Keçidlər