Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyələri təqdim olunub.

01 iyun 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladları evlərində ziyarət olunub və onlara bayram hədiyyələri təqdim edilib.
   Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev şəhidlərin övladlarını təbrik edib və onlara ən xoş arzularını çatdırıblar.
   Görüş zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi tarixi Zəfərdən bəhs edilib. Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlıq nümunələri ilə təkcə şəhid övladlarının deyil, bütövlükdə Azərbaycan xalqının fəxr etdiyi vurğulanııb. Uşaqların azad, bütöv Azərbaycanda xoşbəxt böyümələri naminə həyatını qurban verən şəhidlərin xatirəsinin xalqımızınn qəlbində əbədi yaşayacağı qeyd olunub. Bildirilib ki, şəhidlərin övladları onların bizə əmanətidir. Şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək, övladlarına sahib çıxmaq hər bir vətəndaşın mənəvi borcudur. 44 günlük Vətən müharibəsində qazandığımız şanlı Qələbəyə görə canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdarıq.
   Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əlamətdar gündə övladlarının yad olunmasını şəhidlərimizə olan hörmət və ehtiramın, ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.

   Mətbuat xidməti

 

Keçidlər