“Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Şirvan Gənclər Evinin kompüter otağının imkanları artırılılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycan nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən “Dayanıqlılıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Şirvan Gənclər Evində kompüter otağının imkanlarını artırılmasına dəstək verilib. Bu çərçivədə kompüter laboratoriyası səkkiz monoblok kompüter, bir sürətli masaüstü kompüter və bir proyektor ilə təmin edilib. Laboratoriyadan yalnız Şirvanda yaşayan gənclər deyil, həm də Saatlı, Sabirabad, Hacıqabul və Salyan rayonlarından olan gənclər də istifadə etməkdədirlər.
USAID tərəfindən dəstəklənən kompüter laboratoriyaları onlayn tədris imkanlarının daha da genişləndirilməsinə, gənclərin İKT bacarıqlarının artırılmasına mühüm töhfə verir.