Şriftin ölçüsü :

Saytın rəngi :

“Könüllü qonaq” layihəsi davam edir.

10 iyun 2021 | 16:00

10 iyun 2021-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin və Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı, Şirvan Gənclər Evinin könüllülərinin iştirakı ilə xüsusi qayğıya ehtiyacı olan və Şirvan şəhəri  Füzuli küçəsi ev 23  ünvanında tənha yaşayan Əliyeva Zeynab Azay qızına yaşadığı ünvanda baş çəkildi. Könüllülər tərəfindən həyətyanı sahədə təmizlik işləri görülmüşdür.
   Həmçinin xüsusi qayğıya ehtiyacı olan və S.Zeynalov küçəsi, ev 1, mənzil 28 ünvanında tənha yaşayan Xəlilova Fizzə Xəlil qızı 91 yaşı münasibəti ilə evində ziyarət olunaraq təbrik edilmişdir.
   Gənclərin təşəbbüsü ev sahibləri tərəfindən sevinclə qarşılanmış və onlar könüllülərə öz təşəkkürlərini bildirmişlər.

   Mətbuat xidməti

Keçidlər