Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Peşə Liseyində “Açıq qapı” günü keçirildi.

10 iyun 2021 | 16:00

10 iyun 2021-ci il tarixində Şirvan Peşə Liseyində “Açıq qapı” tanıtım tədbiri keçirilib. Tədbirdə Milli Məclisinin deputatı İltizam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev, Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev, Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov, həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri, valideynlər və şagirdlər iştirak edib.
   Açılış nitqində Liseyin direktoru Əlifli Əliheydər qonaqları salamlayaraq iştirakçılara  müəssisə haqqında ətraflı məlumat verib. Tədbir iştirakçıları Liseyin ümumi fəaliyyətini əks etdirən təqdimatla tanış olmuş, dərzi, elektrik qaz  qaynaqçısı, geniş profilli dəzgahçı, radioteleviziya  aparatlarına xidmət  və  təmir, radiomexaniki  elektrik avadanlıqlarına xidmət, təmir üzrə elektrik montyoru və kompüter operatoru ixtisasları üzrə dərslərdə iştirak ediblər.
   Çıxış edənlər peşə təhsilinin əhəmiyyəti, şagirdlərin düzgün peşə seçiminin vacibliyi, əmək bazarında peşə təhsilinin rolu istiqamətində müzakirələr aparıblar.
   Liseyin uğurlu məzunlarından olan Soltanov Təbriz və Hüseynov Mehman çıxışları zamanı şagirdlərə peşə sahələri üzrə bacarıqlara necə sahib ola biləcəkləri haqqında tövsiyyələrini verib  və  uğur hekayələrini bölüşüblər.
   Tədbirin yekununda qonaqlar tələbələrin  əl işlərindən ibarət sərgi ilə tanış olublar.

   Mətbuat xidməti

Keçidlər