Şriftin ölçüsü :

Saytın rəngi :

“Qurtuluşa aparan qayıdış, zəfərə aparan dirçəliş” mövzusunda tədbir keçirildi.

11 iyun 2021 | 16:00

11 İyun  2021-ci il tarixində Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatı Gənclər Birliyinin və Şirvan Gənclər Evinin birgə təşkilatçılığı ilə 15 İyun “Milli Qurtuluş Günü” ilə əlaqədar  “Qurtuluşa aparan qayıdış, zəfərə aparan dirçəliş” mövzusunda  video-konfrans formatında tədbir keçirildi.
   Tədbirdən öncə Ulu öndər Heydər Əliyevin və  Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
   Daha sonra tədbiri açıq elan edən Şirvan şəhər Gənclər Evinin direktoru Əfqan Həsənov, çıxışında Azərbaycanın qurucusu olan Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən, ölkəmizdə elmin və mədəniyyətin inkişafına və mədəniyyət xadimlərinin sosial rifahına göstərdiyi diqqət və qayğıdan danışıdı. Heydər Əliyevin hər zaman gənclərin inkişafına xüsusi diqqət ayırdığını vurğuladı. Ölkəmizin bugünkü firavanlığının və gələcəklə bağlı aydın görünən perspektivlərinin Milli Qurtuluş    Günü ilə, Heydər Əliyevin tarixi qayıdışı ilə bilavasitə bağlı olduğunu qeyd etdi.
   Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru əvəzi Fəridə Yahyayeva, Yeni Azərbaycan Partiyası Şirvan Şəhər Təşkilatı Gənclər Birliyinin sədri Nəmidə Namini öz çıxışlarında Ulu Öndərin  müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırmasından və xalqımız qarşısındakı böyük və zəngin xidmətlərindən bəhs ediblər. Azərbaycanın sürətli inkişaf dövrünün məhz Milli Qurtuluş Günü ilə başladığı, həmin siyasətin bu gün cənab Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyi diqqətə çatdırıb.
   Çıxış edən məktəblilər 15 iyun-Milli Qurtuluş Gününün əhəmiyyətindən, Azərbaycan dövlətinin gənclərə diqqət və qayğısından danışıblar.

    Mətbuat xidməti

Keçidlər