15 İyun-Milli Qurtuluş Günü münasibəti ilə Şirvan şəhərində ümumşəhər tədbiri keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq 15 iyun Milli Qurtuluş Günü şəhərin idarə, müəssisə və təşkilatlarında geniş qeyd olunub.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şura üzvlərinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçirilən ümumşəhər tədbiri öncə şəhərin mərkəzi meydanında Ulu öndər Heydər Əliyevin abidəsini ziyarətlə başladı. Abidə önünə gül-çiçək dəstələri qoyularaq Ulu öndərin əziz xatirəsi dərin ehtiramla yad edildi.
Tədbir iştirakçıları sonra Heydər Əliyev Mərkəzində Ümummili lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponantlarla tanış oldular. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Milli Qurtuluş Gününün yaranma tarixindən söz açdı. Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarısındakı tarixi xidmətlərini özündə ehtiva edən bu günün layiqincə dəyərləndirildiyini və qeyd edildiyini bildirdi. Böyük şəxsiyyətin xalqımızı parçalamaqdan, xaosdan, anarxiyadan, vətəndaş müharibəsindən qurtardığını, ölkəmizi iqtisadi inkişafa, tərəqqiyə yönəltdiyini, həyatda sosial ədalətin, qanunun əsas meyar kimi qəbul edilməsini təmin etdiyini diqqətə çatdırdı. Ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi milli qurtuluş yolunun bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirildiyindən, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın azad ediməsi uğrunda gedən Vətən müharibəsində Qalib Ali Baş Komandan və müzəffər ordumuzun əldə etdiyi Qələbədən, Qarabağın baş tacı olan Şuşamızın bərpası istiqamətində aparılan işlərdən, Ümumilli liderin arzularının reallaşmasından danışdı. İlqar Abbasov tədbir iştirakçlarını Milli Qurtuluş Günü münasibətilə təbrik etdi, milli qurtuluşumuzun əbədi olmasını arzuladı.
Sonra tədbir iştirakçıları Milli Qurtuluş Gününə həsr olunmuş məktəblilərin rəsm sərgisi ilə tanış oldular.
Şəhər İcra Hakimiyyətinin başçısı, Şura üzvləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri Şəhər İcra Hakimiyyətinin akt zalında Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Xilaskar” sənədli filminə tamaşa etdilər.
Mətbuat xidməti