Şirvan Şəhər İcra Hakimiyyətinin məlumatı.
Hörmətli Şirvan şəhər sakinləri,
Şirvan şəhərində koronavirus(COVID-19) infeksiyası əleyhinə şəhər sakinlərinin peyvənd edilməsi kampaniyası uğurla davam etdirilir. İnfeksiyaya qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması kampaniyasının yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülür.
Şirvan Şəhər Mərkəzi Xətəxanasında sıxlığın qarşısının alınması, vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə şəhərin bir sıra ünvanlarında tibb işçilərindən ibarət səyyar məntəqələr təşkil olunub. Şəhər sakinləri yaşadıqları əraziyə yaxın olan səyyar məntəqəyə gəlməklə virus əleyhinə peyvənd oluna bilərlər.
Koronavirus pandemiyasının qarşısının alınması, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınması, kütləvi immunitetin formalaşması üçün bütün Şirvan sakinlərini virusa qarşı vaksinasiyada aktiv iştirak etməyə çağırırıq.
Mətbuat xidməti