Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanlılar vaksinasiyada aktiv iştirak edir.

21 iyun 2021 | 16:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Şirvan şəhərində də əhalinin peyvəndlənməsi prosesi uğurla davam edir. Vaksinasiya kampaniyasında şəhər sakinləri aktiv iştirak edir, koronavirus pandemiyasının tezliklə başa çatması üçün birlik nümayiş etdirirlər.
   Hazırda Şirvan şəhərində ümumilikdə 37403 olmaqla 27246 şəhər sakininə 1-ci doza, 10157 şəhər sakininə isə 2-ci doza vaksin vurulub.
   20 iyun 2021-ci il tarixdə gün ərzində 422 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 93, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 329 nəfər olub.
  Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Elə Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Mətbuat xidməti

Keçidlər