Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Şirvan şəhərində tədbir keçirilib.

23 iyun 2021 | 16:00

23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Şirvan şəhərində ümumşəhər tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti  aparatının dövlət qulluqçuları, şəhərdə fəaliyyət göstərən dövlət orqanlarının rəhbərləri və onların dövlət qulluqçuları iştirak edib.
   Tədbir iştirakçıları ilk olaraq Ümummili lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrı düzərək xatirəsini ehtiramla yad ediblər. Abidə önündə xatirə şəkli çəkdirdikdən sonra İcra Hakimiyyətinin başçısı dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzulayıb.
   Dövlət qulluqçularının peşə  bayramı gününə həsr olunmuş tədbir Şəhər İcra Hakimiyyəti aparatının məsul şəxslərinin və təltif olunacaq dövlət qulluqçularının iştirakı ilə Şəhər İcra Hakimiyyətinin akt zalında davam edib. Tədbiri giriş sözü ilə açan İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Ölkədə dövlət qulluğu sisteminin təkmilləşməsinə, dövlət qulluqçularının sosial müdafiəsinə göstərilən diqqət və qayğıdan bəhs edən İlqar Abbasov Ölkə başçısının 2006-cı il 25 may tarixli Sərəncamı ilə Dövlət qulluqçularının peşə bayramı gününün təsis edilməsinin bu sahədə çalışan insanların əməyinə ən yüksək səviyyədə dəyər verilməsinin təzahürü olduğunu söyləyib. Vətənə xidmət işində hər bir dövlət qulluqçusuna ən ideal örnəyin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin olduğunu vurğulayıb. Qeyd edib ki, dövlətimizin möhkəm təməllər üzərində qurulmasının nəticəsi olaraq, 44 günlük Vətən müharibəsində şanlı zəfər çaldıq, torpaqlarımız işğaldan azad edildi, ərazi bütövlüyümüz bərpa olundu.
   Sonra çıxış edən Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin  müdiri Aynur Fərzəliyeva ölkəmizdə dövlət idarəetmə sistemində həyata keçirilən islahatlar, vahid dövlət siyasətinin formalaşdırılması, kadr siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi, geniş hüquqi bazanın yaradılması sahəsində görülən işlər haqqında danışıb. Hər il Ölkə başçısı tərəfindən uzun illər dövlət qulluğunda səmərəli fəaliyyət göstərən və öz vəzifəsini ləyaqətlə yerinə yetirən dövlət qulluçularının müxtəlif orden və medallarla təltif edildiyini vurğulayb. Bu isə şərəfli peşə sahibləri sırasında fərqlənənlərə dövlət başçısının diqqətinin bariz nümunəsi olduğunu qeyd edib.
   Tədbirin sonunda bir qrup dövlət qulluqçusu Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə və şəhərin ictimai həyatında fəal iştirak etdiklərinə görə şəhər İcra Hakimiyyəti başçısının  və Vətən müharibəsi dövründə arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəxri fərmanları ilə təltif ediliblər. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təltif edilmiş Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayevə “Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” Azərbaycan Respubliksının medalı təntənəli surətdə təqdim olunub.
    Təltif olunan dövlət qulluqçuları onların əməyinə verilən yüksək dəyərə görə ölkə başçısına minnətdarlıqlarını bildirib, bundan sonra da dövlətə vicdanla və ləyaqətlə xidmət edəcəklərini vurğulayıblar. 

    Mətbuat xidməti

Keçidlər