Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir.

24 iyun 2021 | 16:00

24 iyun 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və şəhid ailələri ilə birlikdə 1-ci və 2-ci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan döyüşçülərin məzarlarını ziyarət edib.
   Öncə döyüşlərdə itkin düşənlərin xatirəsinə  ucaldılan abidənin önünə tər qərənfillər düzülüb, Allahdan hər birinə rəhmət, ailələrinə səbir dilənib. Şəhər məscidinin imamı şəhidlərin ruhuna dualar oxuyub.
   Şəhid məzarlarını ziyarət etdikdən sonra ənənəvi olaraq hər ayın sonuncu cümə axşamında olduğu kimi Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşüb, belə qəhrəman, cəsur, mərd oğullar böyütdükləri üçün onlara təşəkkürünü bildirib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şücaətli Vətən övladlarının yaddaşlarda yaşacaqlarını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. Qeyd edib ki, 1-ci Qarabağ müharibəsi ərəfəsində ölkəmizin yenicə müstəqillik qazanması, nizami ordunun formalaşmaması, naşı və yarıtmaz hakimiyyətin səriştəsizliyi nəticəsində torpaqlarımıza göz dikən mənfur düşmən məqsədinə müvəqqəti nail oldu. Ərazi bütövlüyümüzün qorunması uğrunda minlərlə soydaşımız şəhid oldu, yaralandı, itkin düşdü və ya doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qaldı. Lakin 1993-cü ilin iyununda xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan Ümummili lider Heydər Əliyev dövlətçiliyi qorumaq, cəbhə bölgəsində hərbi uğursuzluqları aradan qaldırmaq, torpaqlarımızı işğal edən düşmənin qarşısını almaq, iqtiadi, siyasi, mənəvi və psixoloji cəhətdən ağır durumda olan ölkədə güclü ordu quruculuğuna başlamaq üçün atəşkəs imzaladı. Ökəmizin qüdrətlənməsi, hərbi-siyasi güçümüzün artması uğrunda Ulu öndərin başladığı yol cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2020-ci ilin sentyabrında torpaqlarımızn işğaldan azad edilməsi uğrunda  başlanan Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu həm texniki baxımdan güclü silahlarla silahlanması, həm də əsgər və zabitlərinin əfsanəvi qəhrəmanlıqları ilə 30 illik işğala son qoydu, xalqımıza şanlı zəfər sevinci bəxş etdi. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tarixi Qələbədə payı olan hər bir şəhidimizə və qazimizə dövlətimiz tərəfindən ehtiram göstərildiyini, onların ailələrinin istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması, müalicə və psixoloji dəstək göstərilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər problemlərinin həlli məqsədilə “Yaşat” Fondunun yaradıldığını diqqətə çatdırıb. Şəhər icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin yaradılmasının şəhid və qazi ailələrinə dövlət qayğısının təzahürü olduğunu bildirib. Qeyd edib ki, Şirvan Şəhər İcra Hakimiyyəti də hər zaman müharibə iştirakçılarına, şəhid ailələrinə və qazilərə həssalıqla yanaşıb,  onların problemlərinin vaxtında həll olunması istiqamətində müvafiq işlər görülüb.
   Sonra İlqar Abbasov şəhid ailələrinin problemləri ilə maraqlanıb. Şəhid adlarının əbədiləşdirilməsi, xatirə lövhələrinin düzəldilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Şəhid ailələri Şəhidlər Xiyabanında aparılan abadlıq-bərpa işlərinə, şəhidlərə göstərilən ehtirama və həssas münasibətə, şəhid ailərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat xidməti

Keçidlər