Şriftin ölçüsü :

Saytın rəngi :

“Ordumuz, qürurumuz!” mövzusunda Vətən müharibəsi veteranları və gənc əsgərlərlə görüş keçirildi.

25 iyun 2021 | 16:00

25 iyun 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş  “Ordumuz-qürurumuz!” adlı tədbir keçirilib.  Tədbirdə Şəhər İcra Hakimiyyətinin nümayəndələri Samirə İsmayılva, Sənan Qfarov, 44 günlük Vətən müharibəsinin iştirakçıları və qaziləri, Şirvan şəhərində yerləşən N saylı hərbi hissənin gənc əsgər və zabitləri iştirak edib.
   Tədbirin əvvəlində Şirvan Dövlət Rəsm Qalareyasının əməkdaşları və şagirdlərinin Vətən müharibəsinə həsr olunmuş rəsm əsərlərindən ibarət əl işləri nümayiş olunub. Sonra tədbir iştirakçıları Şirvan Gənclər Evinin Vətənpərvərlik klubunda yaradılan Milli Qəhrəmanlarımıza, Aprel döyüşlərinə, Vətən müharibəsinə həsr olunmuş guşələrlə tanış olublar.
   Tədbir akt zalında davam edib. Şirvan Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək, Silahlı Qüvvələr günü və cənab Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, müzəffər ordumuzun gücü sayəsində qazanılan Şanlı Zəfər münasibətilə əsgər və zabitləri təbrik edib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğu sahəsindəki gərgin fəaliyyət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib, ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaradılıb. Şücaətli ordumuz və güclü  maddi-texniki baza hesabına xalqmız 44 günlük zəfər yürüşünü qalibiyyətlə başa vurub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qaziləriə şəfa diləyib.
    Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məslhətçisi Samirə İsmayılova çıxış edərək, Silahlı Qüvvələr Gününü qalib xalqın nümayəndəsi kimi qeyd etməkdən qürur duyduğunu bildirib. 30 il ərzində Azərbaycan əsgərlərinin vətənpərvərlik hisslərinin, qələbə əzminin və döyüş ruhunun çox yüksək olduğunu, Vətən müharibəsində göstərilən qəhrəmanlıq nümunələri ilə bunu bir daha dünyaya sübut etdiyni diqqətə çatdırıb. Silahlı Qüvvələrimizin hər bir əsgər və zabitinin Vətən müharibəsində xalqımızın və dövlətimizin etimadını şərəflə doğrultduğunu vurğulayıb. Şanlı Qələbəyə görə başda Qalib Ali Baş Komandan olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyətinə təşəkkürünü bildirib.
   Daha sonra Şirvan Gənclər Evi tərəfindən vətənpərvərlik mövzusunda hazırlanmış “44 günlük Vətən müharibəsinin gündəliyi”, “Zəfər yolu” adlı video-çarxlar nümayiş olunub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı müraciətindəki “Qarabağ Azərbaycandır!” şüarı alqışlarla qarşılanıb.
   Tədbir musiqili-əyləncəli proqramla başa çatıb.

   Mətbuat xidməti

Keçidlər