İcrası başa çatmış layihələr şirvanlılarda ruh yüksəkliyi yaradır.
Şirvan şəhərinin simasının daha gözəlləşməsi və abadlaşması məqsədilə şəhər ərazisində aparılan quruculuq və bərpa işləri ardıcıl şəkildə davam etdirilir. Həyata keçirilməsi nəzərdə tutulan sosial-infrastruktur layhələri qısa müddətdə başa çatdırılır və şəhər sakinlərinin istifadəsinə verilir.
Ötən dövr ərzində G.Şıxbalaoğlu, Ş.Şükürov, S.Ə.Şirvani, 1 May, T.Ələkbərov, Vidadi küçələrində və Heydər Əliyev prospektində abadlıq işləri aparılıb, 4832 metr tökmə beton bardyur düzəldilib, 1969 metr beton bardyurlar düzülüb, səkilərə 4560 kv.metr asfalt-beton örtük vurulub. Şəhidlər Xiyabanından Xəqani küçəsinə qədər əraziyə-Heydər Əliyev prospektinin sağ hissəsinnə 1500 kv.metr tamet tavalar döşənib.
21 nömrəli tam orta məktəb üçün 624 şagird yerlik yeni binanın tikintisi yekunlaşıb, həyətyanı sahədə abadlıq işləri tamamlanıb. Bağ evləri yaşayış massivində isə 1176 şagird yerlik məktəb binasının tikintisi ilə əlaqədar torpaq sahəsinin ayrılması ilə bağlı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinə müraciət ünvanlanıb. Heydər Əliyev prospektində Telelmexanika İB-nin balansında olan uşaq istirahət düşərgəsinin ərazisində ilkin torpaq sahəsinin ayrılması təmin edilib. Hazırda məktəbin tikintisi ilə əlaqədar ilkin sənədlər toplanıb, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edilərək qarşıdakı dövlət proqramlarına salınması nəzərdə tutulur.
Şəhid ailələrinin və Qarabağ əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə “Kapital Bank” tərəfindən sosial məsuliyyət çərçivəsində şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün Şirvan şəhərində 68 mənzilli yaşayış binası inşa olunub və həmin kateqoriyalı vətəndaşlara təqdim edilib. Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Yeni mənzil sahiblərindən 17-si Şirvan şəhər sakinidir.
Şəhər üzrə əhali və qeyri-əhali üzrə abonentlərin dayanıqlı elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib. Belə ki, bir ədəd 35/6 kv-luq transfarmator yarımstansiyası qurulub, 18 transfarmator yarımstansiyası əsaslı və 78 KTM cari təmir olunub, 136 ədəd dayaqlar quraşdırılıb, 7.1 km müxtəlif gücdə xətlər çəkilib.
Şəhərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə ötən dövr ərzində qaz şəbəkələrində təmir və yenidənqurma işləri aparılıb, Füzuli, M.Mirzəyev, 1 May, Vaqif, H.Z.Tağıyev, N.Nərimanov, Energetik, Naxçıvan, M.Ə.Rəsulzadə, Z.Hacıyev, Ş.Qurbanov, F.Cavadov, Naxçıvan küçələrində ümumilikdə 7045 p.m müxtəlif diametrli istismar müddəti keçmiş xətlər dəyişdirilib.
Dövlət Proqramının icrası ilə bağlı şəhərin kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb və bu istiqamətdə işlər mərhələli şəkildə aparılır. Beləki ötən dövr ərzində proqramın icrası ilə bağlı şəhərin L-nt İbrahimov, T.İsmayılov, Xəqani, M.Ə.Rəsulzadə, 20 Yanvar, S.Zeynalov və Energetik küçələrində müxtəlif diametrli yeni kanalizasiya xətləri quraşdırılıb. Şəhər üzrə çoxmənzilli yaşayış binalarından 58-inin zirzəmisindən çirkab sular çəkilib və kanalizasiya xətləri yenilənib.
Respublikamızın paytaxt və regionlarında aparılan abadlıq-quruculuq işlərinin davamı olaraq, Şirvan şəhərində də yeni infrastrukrur layihələrinin həyata keçirilməsi, onun ölkəmizin ən gözəl şəhərlərindən birinə çevrilməsi qarşıda duran ən mühüm vəzifələrdəndir.
Mətbuat xidməti