Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ümumşəhər tədbiri keçirildi.

10 may 2015 | 15:00

10 may 2015-ci il tarixdə saat 10:00-da Şirvan şəhər Heydər Əliyev Meydanında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı M.T.Camalov, şura üzvləri, hüquq mühafizə orqanlarının, ictimai-siyasi qurumların və əmək kollektivləri rəhbərlərinin iştirakı ilə ümumşəhər tədbiri keçirildi. Ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olundu, abidə önünə gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Sonra Heydər Əliyev Mərkəzində ulu öndərin keçdiyi şərəfli həyat yolu və fəaliyyəti ilə bağlı filmin nümayişi olundu.

Keçidlər