Şriftin ölçüsü :

Saytın rəngi :

Silahlı Qüvvələr Günü münasibətilə Şirvanda ümumşəhər tədbiri keçirilib.

26 iyun 2021 | 16:00

26 İyun Silahlı Qüvvələr Günü və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş hərbi qulluqçuların medallarının təqdim olunması münasibətilə Şirvan şəhərində ümumşəhər tədbiri keçirilib.
    Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının məsul əməkdaşaları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi şəhidlərinin valideynləri, təltif olunmuş müharibə iştirakçıları və qazilər iştirak ediblər.
    Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələrı düzərək xatirəsini ehtiramla yad ediblər.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri giriş sözü ilə açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Qalib Ali Baş Komandan başda olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyətini Silahlı Qüvvələrin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edən İlqar Abbasov bu günü qalib xalq kimi qeyd etməkdən qürur duyduğunu vurğulayıb.     Şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib. Qələbə sevincini və qürurunu xalqımıza yaşadan şəhidlərin və qazilərin hər zaman qəlblərdə yaşayacağını, heç zaman unudulmayacağını qeyd edib. Dövlətimiz və xalqımız qarşısında xidmətləri olan insanların Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarından bəhs edib. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçuların ölkə başçısının sərəncamları ilə müxtəlif orden və medallarla, fəxri adlarla təltif edildiyni diqqətə çatdırıb. Təltifə layiq görülən qəhrəman əsgər və zabitlər arasında Şirvan şəhərindən hərbi xidmətə səfərbər edilən yüzlərlə gənclərimizin olduğunu vurğulayıb. Qəhrəman əsgər və zabitlərimizin bundan sonra da Vətənimizin keşiyində əzmlə, rəşadətlə və vüqarla dayanacağını söyləyib.
   Çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, polkovnik leytenant Zaur Əliyevə verilib. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 23 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir. Ömür yolu və zəngin siyasi fəaliyyəti hər birimizə ən dəyərli örnək olan Ulu Öndərin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. Qeyd edib ki, maddi-texniki təminatın daha da yaxşılaşdırılması, peşəkar hərbi hazırlıq, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər nəticəsində Silahlı Qüvvələrimiz regionun ən güclü ordusuna çevrilib.              Gənclərmizin yüksək vətənpəvərlik və qəhrəmanlıq nümunələrinə 44 günlük Vətən müharibəsində bir daha  şahid olduğumuzu  diqqətə çatdırıb.
   Sonra şəhid ailələri adından şəhid atası Alim Zülfüqarlı çıxış edərək, qəhrəman atası, şəhid atası olmaqdan qürur duyduğunu bildirib. Qeyd edib ki, xalqı xalq eləyən uğrunda canından keçməyə hazır olan oğullarıdır. Torpaqları işğaldan azad edilmiş, müstəqil, qalib xalq olduğumuz üçün çox xoşbəxtik. Şəhid ailələrinə və qazilərə göstərilən diqətə və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
   Ölkə Prezidentinin 25 iyun 2021-ci il tarixli "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərilməsi Qaydası"nı Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində yüksək fədakarlıq və rəşadət nümayiş etdirərək şəhid olan hərbi qulluqçuların təltifləri onların ailələrinə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda hərbi əməliyyatlarda göstərdikləri şəxsi igidlik və şücaətə görə fərqlənən müharibə iştirakçılarının və qazilərin təltifləri özlərinə təntənəli şəkildə təqdim olunub. Təltiflər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Zaur Əliyev, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan şəhər Polis şöbəsinin rəisinin müavini Ramil Salayev, Şəhər Prokurorluğunun böyük müstəntiqi Nemət Məmmədov, Şirvan şəhər Məhkəməsinin sədri Elçin Qurbanov, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov tərəfindən təqdim olunub.

Mətbuat xidməti

Keçidlər