Mobil qrupların fəaliyyəti davam edir.
Koronovirus (COVİD-19) infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ilə bağlı Şirvan şəhərində profilaktik tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 avqust tarixinədək uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırıması ilə bağlı qərarına uyğun olaraq Şirvan şəhər İcra Hakimiyyəti yanında yaradılmış mobil qruplar fəaliyyətlərini davam etdirir.
Mobil qruplar gündəlik olaraq şəhərin küçə və prospektlərində, əhalinin sıx toplaşdığı ərazilərdə, ictimai-iaşə, ticarət müəssisələrində, məhəllələrdə fərdi izahetmə-xəbərdarlıq işləri aparırlar. Reydlər zamanı şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılır, insanlar arasında sosial məsafənin gözlənilməsi, qapalı məkanlarda fərdi qoruyucu vasitələrdən (maska) istifadə etmələri barədə lazımi tövsiyələr verilir.
30 iyun 2021-ci il tarixində keçirilən reyd zamanı gün ərzində ümumilikdə 253 olmaqla, 143 ticarət, 36 ictimai iaşə, 29 gözəllik salonu və bərbərxana, 38 digər xidmət obyektlərinə nəzarət edilib, 484 nəfər vətəndaşa xəbərdarlıq olunub. 7 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Mətbuat xidməti