Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirildi.

15 may 2015 | 15:00

15 may 2015-ci il tarixdə saat 11:00-da 18 nömrəli tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli 2966 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Hamılıqla narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsində Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev iştirak etdi.

Keçidlər