Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanlılar vaksinasiyada aktiv iştirak edir.

08 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, hazırda ölkəmizdə 1,5 milyondan çox insan iki mərhələ üzrə koronavirus (COVİD-19) əleyhinə vaksinasiya olunub. Vurulan vaksinlərin ümumi sayı 3 910 624 təşkil edir. Beləliklə, ölkə əhalisinin 15 faizi tam vaksinasiya olunub.
   Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Şirvan şəhərində də əhalinin peyvəndlənməsi prosesi uğurla davam edir.
   Vaksinasiya kampaniyasında şəhər sakinləri fəal iştirak edir, koronavirus pandemiyasının tezliklə başa çatması üçün peyvəndlənmə məqsədilə tibb müəssisələrinə müraciət edirlər.
   Hazırda Şirvan şəhərində ümumilikdə 54139 olmaqla 30985 şəhər sakininə 1-ci doza, 23154 şəhər sakininə isə 2-ci doza vaksin vurulub.
   7 iyul  2021-ci il tarixdə gün ərzində 478 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 138, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 340 nəfər olub.
   Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Elə Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

   Mətbuat xidməti

Keçidlər