“Sosial şəbəkələrdən faydalı istifadə” mövzusunda seminar keçirildi.
09 iyul 2021-ci il tarixində “Şirvan Gənclər Evi” SXM-in təşkilatçılığı ilə 18 yaşadək gənclərin mənəvi-əxlaqi tərbiyəsini, fiziki və psixi sağlamlığına təhlükə yaradan informasiyalardan qorunmasını təmin etmək məqsədilə “Sosial şəbəkələrdən faydalı istifadə” mövzusunda seminar təşkil olundu.
Seminarda Gənclər Evinin əməkdaşı Natiq Əliyev gənclərə sosial şəbəkələrin mənfi və müsbət tərəfləri, potensial təhlükələri və faydalı istifadə qaydaları haqqında ətraflı məlumat verdi. Seminarda “Sosial şəbəkələrdə informasiyanın doğruluğunun yoxlanılması” və “Şəxsi məlumatların daxil edilməsi və onların internet mühitinə sızdırılması” mövzularında videoçarxlar nümayiş etdirildi. Gənclər Evinin psixoloqu Aygün Əliyeva gənclərə sosial şəbəkələrin psixoloji cəhətdən yaratdığı fəsadlar, onlardan düzgün istifadə qaydaları haqqında məlumat verdi.
Diskusiya şəklində təşkil olunmuş seminarda gəncləri maraqlandıran suallar cavablandırıldı.