Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin ailələrindən bir qrupu ziyarət edildi.

21 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevanın Vətən müharibəsi şəhidlərinə verdiyi yüksək dəyərə, onların ailələrinə və qazilərə dövlət səviyyəsində göstərdiyi diqqət və qayğı hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirilir. Qurban bayramı münasibətilə  İcra Hakimiyyətinin məsul əməkdaşları tərəfindən şəhərdə yaşayan Vətən müharibəsi şəhidlərinin ailələrindən bir qrupu ziyarət edilmiş, şəhidlərin əziz xatirəsi yad edilərək ailə üzvlərinə ən xoş arzu və diləklərini çatdırmışdılar.
   Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
   Qurban bayramı ilə əlaqədar Vətən müharibəsi şəhidlərinin ailələrinə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə-ümumilikdə 132 ailəyə  Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.

 

   Mətbuat xidməti

Keçidlər