Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində tibbi-profilaktik, dezinfeksiya tədbirləri davam etdirilir.

22 iyul 2021 | 16:00

Respublikamızın Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə həyata keçirilən kompleks tədbirlər Şirvan şəhərində də ardıcıl davam etdirilir.
   Karantin rejiminin nisbətən yumşaldılmasına baxmayaraq Şirvan Şəhər İcra Hakimiyyəti yanında yaradılan Operativ Qərargahın üzvləri, Polis şöbəsi, Qida Təhlükəsizliyi Agentliyinin, Gigiyena Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən koronavirus (COVİD-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə ardıcıl nəzarət edilir, vətəndaşlara karantin rejiminin qaydaları, qida təhlükəsizliyi və sanitar-epidemioloji sahədə mövcud qanunvericilik izah olunur, dezinfeksiya məhlullarından, maskadan istifadə etmək, sosial məsafənin gözlənilməsi barədə maarifləndirici söhbətlər aparılır, qaydalara ciddi əməl etmələri tövsiyə olunur.
   Şirvan Şəhər İcra Hakimiyyəti infeksiyanın yayılma təhlükəsini nəzərə alaraq xüsusi texnikalar vasitəsi ilə şəhərin küçə və prospektlərinin dezinfeksiyaedici maddələrlə yuyulmasını və Şirvan Bələdiyyəsinin,  Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi təlim keçmiş sanitar briqadalarının köməyi ilə  ərazidə profilaktik tədbirləri davam etdirir. Şəhərin ictimai yaşayış binalarının ətrafında, giriş bloklarında və pilləkənlərində, ticarət və xidmət obyektlərində, sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, avtomobil dayanacaqlarında,  park və xiyabanlarda, nümunəvi məhəllələrdə mütəmadi dezinfeksiya işləri aparılır.
   Şəhər ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən işlər və həyata keçirilən tədbirləri sakinlər böyük razılıqla qarşılayır,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıq və təşəkkürlərini bildirirlər.
 

    Mətbuat xidməti

Keçidlər