Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Milli Mətbuat günü qeyd edildi.

22 iyul 2021 | 16:00

Zəngin tarixi ənənələrə  malik Azərbaycan mətbuatının 146-cı ildönümü ilə əlaqədar Şirvan şəhərində tədbir keçirildi.Tədbiri Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva açaraq   öncə tədbir iştirakçıları olan jurnalistləri, mətbuat işçilərini Milli Mətbuatın yaranma günü və peşə bayramları münasibətilə təbrik etdi. Çox zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan Milli Mətbuatının əsasını böyük maarifçi Həsən bəy Zərdabi tərəfindən qoyulduğunu, onun rəhbərliyi ilə 1875-ci ilin iyul ayının 22-dən başlayaraq “Əkinçi” qəzetinin nəşr edildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Milli Mətbuatı yarandığı gündən həmişə qabaqcıl ideaların carçısı olmuş, dövrün, zamanın, ictimai-siyasi həyatın güzgüsünə çevrilmiş, milli şüurun, yeni idealların formalaşmasında və mədəniyyətin inkişafında mühüm rol oynamışdır. Məhz buna görə də Ulu öndərimiz, Ümummilli liderimiz Heydər Əliyev respublikamıza rəhbərliyi dövründə milli mətbuatımıza həmişə diqqət və qayğı ilə yanaşmış, onun inkişafına mane olan məhdudiyyətləri aradan qaldırmışdır. 1998-ci ilin avqust ayının 6-dan senzura ləğv edilmiş, qəzet və jurnalların sayı, dövriyyəsi artmış, maddi-texniki bazası möhkəmlənmişdir. Bu gün də mətbuata münasibətdə Heydər Əliyev siyasəti və ənənələri möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci  vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir, mətbuatın inkişafı üçün lazımi mühit yaradılır. Mətbuat işçilərinin, jurnalistlərin təşkilatlanması üçün münbit şərait yaradılır. Fədakar jurnalistlərin əməyi yüksək qiymətləndirilir, nüfuzlu, peşəkar jurnalistlərə fəxri adlar, örden və medallar, mənzillər verilir.
     Jurnalistlərə sistemli dövlət qayğısı ölkəmizdə və şəhərimizdə sosial ədalət və şəffaflığın təmin edilməsinə xidmət edir.  Dövlət qurumları ilə mətbuat arasında normal, işgüzar münasibətlər qurulur. Bu münasibətlərin daha sağlam, işgüzar əsaslar üzərində qurulması üçün jurnalistlər bundan sonra da öz nüfuzlarını qorumalı, peşəkarlıq səviyyələrini artırmalı, qərəzçiliyə yol verməməli, ədalətli, obyektiv mövqe nümayiş etdirməlidirlər. Mətbuatda və digər kütləvi informasiya vasitələrində qərəzsizlik, obyektivlik əsas meyar olmalıdır. Jurnalistlərin fəaliyyəti milli məsələlərin, problemlərin həllinə, müstəqil dövlətimizn möhkəmlənməsinə, vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsinə, oxucularda milli şüurun formalaşmasına, cəmiyyətdə vətəndaş həmrəyliyinin və birliyinin təmin edilməsinə xidmət etməlidir. Şəhərin ictimai-siyasi həyatı, sosial-iqtisadi inkişafı, əldə olunan uğurlar dövrü mətbuatda daha dolğun, geniş əks etdirilməli, obyektiv işıqlandırılmalıdır.
     Tədbirdə çıxış edən jurnalistlər şəhərdə fəaliyyətlərinə yaradılan şəraitə, əməkdaşlığa və onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildirdilər.

                                                                                                                Mətbuat xidməti

Keçidlər