Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi əlillərinə dövlət qayğısı davam edir.

06 avqust 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin  Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələri və Vətən müharibəsi əlillərinə göstərdiyi diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir.
    Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təşəbbüsü və təşkilatçılığı ilə bu gün Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Vətən müharibəsi əlili Hacızadə İslam Rasim oğlunun ailəsi ziyarət edildi.
     Hacızadə İslam Rasim oğlu 1997-ci ildə Hacıqəhrəmanlı qəsəbəsində anadan olmuş, qəsəbədəki 12 nömrəli orta məktəbi bitirdikdən sonra, indiki “Azərpambıq ASK”  MMC Şirvan Pambıq Emalı zavodunda işləmiş, həqiqi hərbi xidmətdə olmuşdur.
     Ermənlərin ölkəmizə yönəlik təxribat və təcavüzlərinə cavab olaraq ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatları ilə  əlaqədar 29 sentyabr 2020-ci il tarixdə Hacızadə İslam Rasim oğlu topçu-atıcı kimi hərbi xidmətə səfərbər edilib. Döyüş yolu Qubadlıya qədər davam edib. 08.10.2020-ci il tarixdə Qubadlı uğrunda gedən döyüşlərdə  yaralanıb. Əhmədbəylidə, Ucarda və Papanin hosbitalında müalicə olunub, hazırda Bakıda Güvən klinikasında müalicəsi davam etdirilir.
     İslam Hacızadənin evində olarkən aydın oldu ki, onun atası Hacıyev Rasim Əlisəf oğlu da I Qarabağ müharibəsində, Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Deməli, Hacızadə İslam atasının yolunu davam etdirib, Vətən müharibəsində qələbənin təmin edilməsinə öz töhfəsini verib. Möhtərəm Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi onun ölkəmizə rəhbərliyi dövründə yetişən gənclər Vətən müharibəsində Qələbəni təmin edib. Bu Qələbəni təmin edənlərdən biri də Hacızadə İslam Rasim oğlu olub.
     Ziyarət zamanı Hacızadə İslamın ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Dövlət Başçısına və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
     Vətən müharibəsi şəhidlərinə Allahdan rəhmət, yaralılara  şəfa diləyirik.

                                                               Mətbuat xidməti

Keçidlər