Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi əlili İskəndərov Xalid Vahid oğlu və ailəsi ziyarət edildi.

09 avqust 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən əhalinin sosial-rifah həllinin yaxşılaşması istiqamətində həyata keçirdiyi layihələr,  park və xiyabanlarda, məhəllələrdə apardığı abadlıq və quruculuq işləri ilə yanaşı Vətən müharibəsi şəhidlərinin ailələrinə və əlillərinə xüsusi həssaslıqla yanaşılır, vaxtaşırı ziyarət edilir. Qaldırdıqları məsələlər, problemlər araşdırılır. Həlli istiqamətində zəruri tədbirlər görülür. Onlara maddi, mənəvi və təşkilati dəstək, qayğı göstərilir.
    Bu qayğının davamı olaraq Vətən müharibəsi əlili İskəndərov Xalid Vahid oğlu da yaşadığı ünvanda ailə üzvləri ilə birgə ziyarət edildi. İskəndərov Xalid Vahid oğlu 1990-cı ildə Əli Bayramlıda (indiki Şirvan şəhərində) anadan olub. 1996-cı ildə 16 nömrəli məktəbin birinci sinfinə qəbul olub. 9-cu sinfi bitirdikdən sonra Peşə məktəbində geniş profilli dəzgahçı ixtisasına yiyələnib. 2009-2011-cü illərdə N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olub. Xidmətdən sonra Regional Sarvan QSC- də sürücü vəzifəsinə işə qəbul olub.
    Xalid İskəndərov da 29.09.2020-ci il tarixdən Şirvan şəhərindən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərə qatılaraq xüsusi şücaəti ilə fərqlənib. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. 14.10.2020-ci il tarixdə Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə güllə və qəlpə yarası alıb.
    Füzuli rayonunun Böyük Bəhmənli Diaqnostika Mərkəzində, Yevlaxda və Bakıda Müdafiə Nazirliyinin Mərkəzi hospitalında müalicə edilib. Sonra evdə ambulator müalicə alıb. Ailəlidir iki övladı var.
    Ziyarət zamanı Vətən Müharibəsi əlili İskəndərov Xalid Vahid oğlu və anası Afaq xanım oğlunun müalicəsində əməyi olan bütün  tibb işçilərinə, xüsusilə travmatoloq Əli həkimə və nevropotoloq Məsumə həkimə minnətdarlıqlarını çatdırmağı xahiş etdilər.
    Vətən müharibəsi əlili Xalid İskəndərov və ailə üzvləri, xüsusilə anası Afaq xanım oğlunun həyata qayıtmasında əməyi olan hər kəsə, şəhər İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkür etdi.
    Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.   

                               Mətbuat xidməti

Keçidlər