Şirvan şəhərinin işıqlandırma sistemi əsaslı təmir edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında "Signify" şirkəti ilə bağlanmış müqavilə əsasında respublikanın digər 6 şəhəri ilə bərabər Şirvan şəhərində də küçə və prospektlərin işıqlandırılması nəzərdə tutulmuşdur.
Belə ki, şəhər üzrə 156 küçənin, 12 ünvanda çoxmənzilli yaşayış binalarının məhəllələrinin və məhəllədaxili yollarının işıqlandırılması və 38 küçə və prospektin mövcud işıqlandırma sisteminin əsaslı təmiri planlaşdırılır.
Bağlanmış müqaviləyə uyğun olaraq Bakı Abadlıq Xidməti tərəfindən hazırda M.İbrahimov, Natavan, M.Aydınov, 20 Yanvar, Lütvi Zadə, S.Y.Bakuvi, M.Füzuli, Ə.Şıxlinski, 1 May, A.Mustafayev, Xəqani, M.Mirzəyev, Naxçıvan küçələrində artıq işlərə başlanılmışdır.
Mətbuat xidməti