Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən müharibəsi şəhidi Məmmədov Röyal Misil oğlunun xatirəsinə inşa edilən bulağın və guşənin açılış mərasimi oldu.

21 avqust 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın və İcra Hakimiyyətinin  məsul  işçilərinin iştirakı ilə şəhid ailələri və ictimaiyyət nümayəndələri öncə Şəhidlər Xiyabanını ziyarət etdi. Şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə tər qərənfillər qoyularaq əziz xatirələri  yad edildi.
    Sonra tədbir iştirakçıları Vətən  müharibəsi  şəhidi Məmmədov Röyal Misil oğlunun xatirəsinə inşa edilmiş bulağın və guşənin açılış mərasiminə qatıldılar. Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti  başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək şəhidin keçdiyi həyat yolundan və xidmətlərindən danışdı. Şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək şəhidin valideyninə Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbr diləyib.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-Prezident, çox hörmətli Mehriban xanım Əliyevanın dövlət səviyyəsində şəhidlərə verdiyi yüksək qiymətdən, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərdikləri diqqət və qayğıdan bəhs etdi. Bu diqqət və qayğının yerlərdə də davam etdirildiyini bildirdi. Şəhid ailələrini, müharibə iştirakçılarını və sakinləri Azərbaycan Respublikasının Prezidenti ətrafında daha sıx birləşməyə çağırdı. Şəhidin atası Misil Məmmədova, yaxınlarına baş sağlığı verib, səbr dilədi.
    Mərasimdə şəhidin hərbi xidmət yoldaşları, ona orta məktəbdə və peşə liseyində dərs deyən müəllimlər, ictimaiyyət nümayəndələri çıxış edərək şəhid Məmmədov Röyal Misil oğlu barədə xatirələrini bölüşdülər. Şəhidə Allahdan rəhmət, ailə üzvlərinə səbr dilədilər. Tədbirdə məktəblilər şəhidlərə həsr olunmuş ədəbi-bədii kompazisya ilə çıxış etdilər.
    Sonda şəhidin atası Misil Məmmədov xatirə bulağının və guşəsinin açılışını etdi. Onlara göstərilən diqqət və qayğıya, dəstəyə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-Prezident çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını bildirdi.

                                                                         
                                                                                 Mətbuat  xidməti

Keçidlər