Şirvan şəhərində COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə mütəmadi olaraq maarifləndirmə, təbliğat işləri davam etdirilir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış mobil qruplar tərəfindən şəhər ərazisində mütəmadi reydlər keçirilir.
24 avqust 2020-ci il tarixdə keçirilən növbəti reyd zamanı gün ərzində ümumilikdə 257 olmaqla, 146 ticarət, 40 ictimai iaşə, 29 gözəllik salonu və bərbərxana, 37 digər xidmət obyektlərinə nəzarət edilib, 637 nəfər vətəndaşa xəbərdarlıq olunub. 4 dünyasını dəyişmiş mərhumun ailəsinə yas mərasiminin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Ticarət, iaşə və xidmət obyektlərində həyata keçirilən reydlərdə vətəndaşlara zərurət olmadıqda digər şəxslərlə təmasdan uzaq olmaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb. Eyni zamanda pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğu və dövlət tərəfindən həyata keçirilən bu tədbirlərin əhalinin infeksiyadan xilas olması üçün düşünüldüyü, eləcə də bununla bağlı hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyü vətəndaşlara ətraflı izah olunub.
Mətbuat xidməti