Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 8 Mart

07 mart 2012 | 16:00

8 Mart – Beynəlxalq Qadınlar günü Şirvan şəhərində geniş qeyd edilib. Şirvan şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərlərinin qatıldığı ümumşəhər tədbiri “Yeganə” şadlıq sarayında keçirildi. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov və digər natiqlər Şirvan şəhər qadınlarını və tədbir iştirakçılarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdilər. Azərbaycan qadınlarının öz ağılı, zəkası, müdirikliyi, vəfası və yüksək analıq keyfiyyətləri ilə xalqımızı, millətimizi daim ucaltdıqlarını, ölkəmizdə milli həmrəyliyin və birliyin, vətəndaş cəmiyyəti quruculuğunun güclənməsində, mədəniyyətlərarası dialoqun formalaşmasında əvəzsiz xidmətlər göstərdiklərini qeyd etdilər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə qadınların fəaliyyət dairəsinin daha da genişləndiyi, onların parlamentdə, bələdiyyə qrumlarında, dövlət orqanlarında, ictimai siyasi təşkilatlarda və özəl sektorda daha çox təmsil olunmaları və fəaliyyət göstərmələri üçün hər cür şərait yaradıldığı məmnunluqla xatırlandı.
Tədbirdə respublikamızda, o cümlədən Şirvan şəhərində qadınlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Azərbaycan Qadınları Milli Konfederasiyasının Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıq ifadə olundu.
Şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov şəhərin ictimai siyasi həyatında fəal iştirak edən qadınlardan 20 nəfərini qiymətli hədiyyələrlə təbrik etdi.
Respublikanın tanınmış incəsənət ustalarından Yusif Mustafayev və onun rəhbərlik etdiyi ansanbıl tədbir iştirakçılarına xoş bayram ovqatı bəxş etdi.

Keçidlər