Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində əhalinin COVİD-19 əleyhinə vaksinasiyası davam etdirilir.

25 avqust 2021 | 16:00

Bir ildən çoxdur ki, dünyada və ölkəmizdə yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı ciddi mübarizə tədbirləri aparılmaqdadır. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə operativ qərarlar qəbul edilmiş, vətəndaşların sağlamlığı dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlanımışdır.
    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən, Şirvan şəhərində də əhalinin peyvəndlənməsi prosesi uğurla davam etdirilir. Vaksinasiya kampaniyasında şəhər sakinləri aktiv iştirak edir, koronavirus pandemiyasının tezliklə başa çatması üçün birlik nümayiş etdirirlər.
    Hazırda Şirvan şəhərində ümumilikdə 71237 olmaqla 41037 şəhər sakininə 1-ci doza, 30200 şəhər sakininə isə 2-ci doza vaksin vurulub.
    24 avqust 2021-ci il tarixdə gün ərzində 787 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 602, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 185 nəfər olub.
    Qeyd edək ki, qısa müddətdə kütləvi immunitetin formalaşması yalnız vaksinasiya vasitəsilə mümkündür. Elə Strategiyanın da əsas məqsədi ölkədə geniş yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.

Mətbuat xidməti

Keçidlər