Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına şəhid olan Qəribov Asif Səxavət oğlunun doğum günü Şirvan şəhərində qeyd edilib.

10 sentyabr 2021 | 16:00

Vətən müharibəsində şəhadətə yüksələn Şirvan şəhərinin qəhrəman oğullarından biri Qəribov Asif Səxavət oğlunun bu gün cənnətdəki ilk doğum günüdür. Şəhidin 21 yaşı anadan olduğu, boya-başa çatdığı Şirvan şəhərində qeyd olunub.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov başda olmaqla İcra Hakimiyyətinin, Şəhər bələdiyyəsinin rəhbər və məsul əməkdaşları, mətbuat və ictimaiyyət nümayəndələri, Şəhid ailələri, Şəhid Asif Səxavət oğlu Qəribovun ailə üzvləri, yaxınları onun ad günü ilə əlaqədar öncə Şirvan Şəhidlər Xiyabanına gəldilər. Şəhidlərin əziz xatirəsini yad edib, ruhlarına dualar etdilər.
    Sonra tədbir iştirakçıları Şəhid Asif Qəribovun məzarını ziyarət edib. Qəbrüstü abidəsi önünə tər qərənfillər qoyub, ruhuna dualar ediblər. Mərasimdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əlievanın rəhbərliyi, diqqət və qayğısı ilə Şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, Şəhid ailələrinə olunan təşkilati dəstəkdən, mənəvi və maddi köməkliklərdən danışıb. Onların mənzil-məişət problemlərinin, sosial qayğılarının aradan qaldırıldığını bildirib. Şirvan şəhərində də Şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını qeyd edib.
    Şəhid Asif Qəribovun ailəsinin yaşadığı fərdi evin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən inşa edildiyini, Şirvan Şəhidlər Xiyabanında “Şəhid Anası” abidə kompleksinin inşasının tamamlandığını vurğulayıb.
    Tədbirdə çıxış edən Şəhid anaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib, Şəhidlərin ruhuna dualar ediblər.
    Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və ictimaiyyət nümayəndələri digər Şəhid məzarlarını da ziyarət edib, ruhlarına dualar ediblər.
    Daha sonra tədbir iştirakçıları Şəhid Asif Qəribovun ailəsinin yaşadığı ünvanda inşa edilmiş “Xatirə bulağı”nın və lövhəsinin açılış mərasiminə qatıldılar. Açılış mərasimində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, şəhidin təhsil aldığı 18 saylı məktəbin direktoru İsmayıl Yusubov, müəllimləri çıxış edərək şəhid haqqında xatirələrini bölüşüb, Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Fizulinin azad olunmasına görə”, medalları ilə təltif edilən şəhidin igidliyinin və vətənpərvərliyinin gələcək nəzilllərə örnək olacağı diqqətə çatdırılıb. Sonda Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva və şəhid anası Mərmər Qəribova Şəhidin xatirəsinə inşa edilən Bulağın və Xatirə lövhəsinin açılışını ediblər.
    Şəhidin anası Mərmər Qəribova onlara olunan köməkliyə, diqqət və qayğıya görə dövlət başçısına və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürünü və minnətdarlığını bildirib.
    Allah Şəhidlərimizə rəhmət eləsin.

    Mətbuat xidməti.

Keçidlər