Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr Anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bir qrup rəhbər işçilərin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etdi.

13 sentyabr 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin 27 sentyabr Anım günü ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsinin rəisi mayor İlkin Məmmədov, İcra Hakimiyyətinin məsul işçiləri  və bir qrup idarə, müəssisə rəhbərləri şəhid Məmmədli Cavid Natiq oğlunun, şəhid Hüseynov Nicat Ziyafət oğlunun, şəhid Fərəcov Kamran İlqar oğlunun və şəhid Xəlilov Namiq İlyas oğlunun ailə üzvlərini yaşadıqları ünvanda ziyarət edib. Ziyarət zamanı şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrinə başsağlığı vermiş, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə şəhidlərə dövlət səviyyəsində verilən yüksək dəyərdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də mütəmadi davam etdirildiyini vurğuladı. Şəhid ailələrini dinləyib, onları maraqlandıran məsələlərlə bağlı ətraflı məlumat və izahatlar verdi. Prezident Administrasiyasının tapşırıq və tövsiyələrinə uyğun olaraq 27 sentyabr Anım gününün yerlərdə də geniş qeyd edilməsi istiqamətində görülən işlərdən, maarifləndirmə tədbirlərindən danışdı. Belə görüşlərin mütəmadi davam etdiriləcəyini, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını bildirdi. Vətən müharibəsində həlak olan bütün şəhidlərimizə Allahdan  rəhmət, ailələrinə səbr dilədi.
   Şəhid ailələləri onlara göstərilən təşkilatı dəstəyə, maddi və mənəvi köməkliklərə görə Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
   Allah bütün şəhidlərimizə rəhmət etsin!

Mətbuat xidməti

Keçidlər