Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində bir qrup Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə növbəti medallar təqdim edilib.

15 sentyabr 2021 | 16:00

15 sentyabr 2021-ci il tarixdə Şirvan şəhərində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” təltif edilən Vətən müharibəsi iştirakçılarından və şəhid ailələrindən bir qrupuna medalların təqdimat mərasimi keçirilib.
   Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti aparatının məsul əməkdaşaları, Vətən müharibəsi şəhidlərinin valideynləri, təltif olunmuş müharibə iştirakçıları və qazilər iştirak ediblər.
   Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbiri giriş sözü ilə açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda rəşadət və qəhrəmanlıq göstərərək şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
   Qələbə sevincini və qürurunu xalqımıza yaşadan qəhrəmanlarımızın hər zaman qəlblərdə yaşayacağını, heç zaman unudulmayacağını qeyd edən İlqar Abbasov şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib. Yaralıların və şəhid ailələrinin sosial-məişət problemlərinin həlli məqsədilə yaradılan YAŞAT fondunun, Müdafiə Nazirliyinin xüsusi komissiyasının, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və veteranlarla bilavasitə məşğul olmaq üçün şəhər və rayon icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi yaradılmasının bu şəxslərə dövlət səviyyəsində göstərilən hörmət və ehtiramın təcəssümü olduğunu bildirib. Dövlətimiz və xalqımız qarşısında xidmətləri olan insanlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən göstərilən xüsusi diqqət və qayğının  Şirvan şəhərində də mütəmadi davam etdirilməsindən bəhs edib. Qeyd edib ki, Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və maliyyə dəstəyi ilə Şirvan Şəhidlər Xiyabanında geniş miqyaslı abadlıq quruculuq işləri aparılıb, Vətən müharibəsi şəhidlərinin məzarlarının üstü qara mərmərdən götürülüb, abidələri ucaldılıb. Hər bir şəhidin yaşadığı ərazidə müasir üslubda xatirə guşəsi, bəzilərinin adına xatirə bulağı tikilib. Şirvan Şəhər Şəhidlər Xiyabanına gedən yolda 2 kilometr uzunluğunda piyadalar üçün səki salınıb. Şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə “Qəmgin ana” abidəsi Şəhidlər Xiyabanına köçürülüb, ətrafında abadlıq, yenidənqurma işləri aparılıb, abidə “Şəhid anası” adlandırılıb. Şirvan Şəhər İcra Hakimiyyətinin nəzdində yaradılan 6 qrup mütəmadi olaraq Vətən müharibəsi şəhidlərinin ailələri və yaralananların problemləri, qayğıları ilə maraqlanır və tez bir zamanda həll olunması üçün müvafiq işlər həyata keçirilir.
   İlqar Abbasov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirərkən fərqlənmiş hərbi qulluqçuların ölkə başçısının sərəncamları ilə müxtəlif orden və medallarla, fəxri adlarla təltif edildiyni diqqətə çatdırıb. Təltifə layiq görülən qəhrəman əsgər və zabitlər arasında Şirvan şəhərindən hərbi xidmətə səfərbər edilən yüzlərlə gənclərimizin olduğunu vurğulayıb. Dövlət başçısının sərəncamları ilə medallara layiq görülmüş müharibə iştirakçılarını təbrik edərək qəhrəman əsgər və zabitlərimizin bundan sonra da Vətənimizin keşiyində əzmlə, rəşadətlə və vüqarla dayanacağını söyləyib.
   Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, mayor İlkin Məmmədov Ordumuzun maddi-texniki təminatının yaxşılaşdırılması, peşəkar hərbi hazırlıq, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlərdən danışıb. Gənclərmizin yüksək vətənpəvərlik və qəhrəmanlıq nümunələrinə 44 günlük Vətən müharibəsində bir daha şahid olduğumuzu diqqətə çatdırıb. Ordumuzun yüksək döyüş ruhu, əzmi və Vətənə məhəbbət hissi Şanlı Qələbəmizi şərtləndirən ən əsas amil olduğunu söyləyib.
   Daha sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İham Əliyevin müvafiq sərəncamları ilə Vətən müharibəsində yüksək fədakarlıq və rəşadət nümayiş etdirərək şəhid olan hərbi qulluqçuların və ölkəmizin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda hərbi əməliyyatlarda göstərdikləri şəxsi igidlik və şücaətə görə fərqlənən müharibə iştirakçılarının və qazilərin təltiflərinin təntənəli təqdimatı həyata keçirilib. Təltiflər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, Şirvan şəhər Prokuroru Fuad Məmmədov, Şirvan şəhər Polis şöbəsinin rəisi Hikmət Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şirvan Mərəkəzi Xəstəxanası publik hüquqi şəxsinin direktoru İlham Mustafayev, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına təqdim olunub.

 

   Mətbuat xidməti

Keçidlər