Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 27 sentyabr Anım Günü ilə əlaqədar Vətən Müharibəsi şəhidlərinin ailələrini ziyarəti edib

16 sentyabr 2021 | 16:00

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi Şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etmək üçün başladığı Vətən müharibəsindən artıq 1 il ötür. 27 sentyabr tarixi Ölkə başçısının “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd olunacaq.
    Respublikamızın hər yerində olduğu kimi, Şirvan Şəhər İcra Hakimiyyətinin 27 sentyabr Anım Günü ilə əlaqədar təsdiq etdiyi Tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bir qrup rəhbər işçi ilə birgə Vətən Müharibəsi şəhidləri Həsənov Həsən Rəhim oğlunun, Qarayev Elnur Qalib oğlunun, İsmayılzadə Şəhriyar Əkbər oğlunun, İslamov Bəxtiyar Saleh oğlunun, Qəribov Asif Səxavət oğlunun, Məmmədov Xəqani Füzuli oğlunun, Əliyev Ramil Vuqarəddin oğlununun, Hümbətov Emil Tərlan oğlunun ailələrini ziyarəti edib. Ziyarət zamanı İcra başçısı şəhidlərin ailə üzvlərinə başsağlığı verib, şəhidlərə Allahdan rəhmət, ailələrinə  səbr diləyib.  Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın azad olunması uğrunda qəhərmanlıqla döyüşüb, canını fəda edənlərin əziz xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə şəhidlərə dövlət səviyyəsində verilən yüksək qiymətdən, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Bildirib ki, haqq savaşında adını tariximizə qızıl hərflərlə həkk edənlər ən yüksək hörmət və ehtirama layiqdirlər. Dövlət başçısının və xanımının bu sahədə fəaliyyətinin hər bir dövlət qulluqçusuna üçün örnək olduğunu diqqətə çatdırıb.
    İlqar Abbasov Vətən Müharibəsində Şirvan şəhərindən də yüzlərlər gəncin Orduya səfərbər edildiyini, onlardan 21 nəfər əsgər və zabitin şəhidlik zirvəsinə ucaldığını vurğulayıb. Yüz nəfərdən artıq şirvanlı hərbi qulluqçunun yaralandığını qeyd edib
    Prezident Adminstrasiyasının tapşırıq və tövsiyələrinə uyğun olaraq 27 sentyabr Anım Günü ilə əlaqədar Şirvan şəhərində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Şəhid ailələrinə ziyarətin bundan sonra da mütəmadi xarakter alacağını, şəhidlərin əziz xatirəsinin dövlətimiz və cəmiyyətimiz tərəfindən daim əziz tutulacağını, şəhid ailələrinə göstərilən diqqət və qayğının  bundan sonra da davam etdiriləcəyini bildirib. Şəhid ailələrini maraqlandıran məsələlərin həlli ilə bağlı ətraflı izahat verib.
    Öz çıxışlarında Milli Məclisin deputatı İltizam Yusifov və şəhərin Prokuroru Fuad Məmmədov şəhid ailələrinə və əlillərə göstərilən diqqət və qayğıdan danışıb, şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyiblər.
    Şəhid ailələri onlara göstərilən təşkilati dəstəyə, maddi və mənəvi köməkliklərə görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin !

         Mətbuat xidməti

Keçidlər