Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda yeni tikilmiş məktəb binası istifadəyə verilib.

20 sentyabr 2021 | 16:00

20 sentyabr 2021-ci il tarixdə Təhsil nazirinin müavini  Muxtar Məmmədovun, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, İcra Hakimiyyətinin başçısının müavini- ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Aynur Fərzəliyevanın  və  şəhər  Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyevin iştirakı ilə  Şirvan şəhər 21 nömrəli tam orta məktəb üçün tikilmiş yeni tədris binası istifadəyə verilib.
    Məlumat verilib ki, yeni məktəb binası 624 şagird yerlikdir. 26 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 240 yerlik akt zalı, sanitar qovşaqlar, qapalı və açıq  idman zalı , kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.
    2021-2022-ci tədris ilində təhsil müəssisəsində 689 şagird, məktəbəhazırlıq qrupunda isə 77 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 59 nəfər pedaqoji, 21 nəfər texniki işçi çalışır. Şirvan şəhərində 14 tam orta, 1 ümumi orta, 1 ibtidai olmaqla, ümumilikdə 16 ümumi təhsil müəssisəsi,  1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
    Təhsil nazirinin müavini Muxtar Məmmədov və Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Mətbuat xidməti

Keçidlər