Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid Qəribov Asif Səxavət oğlunun xatirəsi anıldı.

30 sentyabr 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Şirvan şəhər şöbəsinin rəisi, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları şəhid ailələri ilə birlikdə  Vətən Müharibəsində Şirvan şəhərinin ilk şəhidi Qəribov Asif Səxavət oğlunun ildönümü ilə əlaqədar qəbirüstü abidəsini gül-çiçək dəstələri ilə ziyarət edib. Xatirəsini anaraq, ruhuna dualar oxunub. Şəhidin anası Mərmər xanım Qəribovaya belə qəhrəman oğul böyütdüyünə görə minnətdarlıq edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan qəhrəman oğul və qızlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını bildirib. Erməni təxribatlarına və təcavüzünə qarşı Müzəffər Ordumuzun, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında apardığı 44 günlük Vətən Müharibəsi nəticəsində tarixi torpaqlarımızın azad edilməsindən, Şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb. Bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini qeyd edib. Şəhidin anası Mərmər xanım onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirib.
    Sonra ənənəyə uyğun olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şəhidlər Xiyabanında, açıq havada şəhid ailələri ilə görüşüb. Onlara belə qəhrəman, cəsur, igid oğullar böyütdüklərinə görə təşəkkürünü və minnətdarlığını bildirib. Görüşdə iştirak edən şəhid ailələrinin qayğıları ilə maraqlanıb. Onların qaldırdıqları məsələlərin, sosial problemlərin həlli istiqamətində aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib, icrasını nəzarətə götürüb.

       Mətbuat xidməti

Keçidlər