Şirvanda COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun olaraq Şirvan şəhərində yeni növ karona virus infeksiyasının yayılmasının və törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlik tədbirlər davam etdirilir. Şəhər İcra Hakimiyyəti nəzdində Operativ Qərargahın, mobil təbliğat qruplarının fəaliyyəti gücləndirilir, yerlərdə maarifləndirmə-izahat işləri aparılır. Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şirvan Bələdiyyəsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin xüsusi hazırlıq keçmiş sanitar briqadaları şəhər ərazisində geniş miqyaslı profilaktik-dezinfeksiya tədbirlərini davam etdirir.Yaşayış binalarının ətrafında, giriş bloklarında, pilləkənlərdə, əhalinin daha çox istifadə etdiyi park və xiyabanlarda, nümunəvi məhəllələrdə, sərnişin daşıma xidməti göstərən nəqliyyat vasitələrində, ödəniş terminallarında, ticarət və xidmət obyektlərində mütəmadi dezinfeksiya işləri aparılır. Avtomobil yolları xüsusi texnikanın köməyilə dezinfeksiya edici məhlulların qatıldığı su şırnaqları ilə yuyulur.
Şəhərdə xüsusi karantin rejiminin tələblərinə və sanitar-gigiyena qaydalarına ciddi riayət olunmasına nəzarət gücləndirilir.
COVİD-19 infeksiyasına qarşı həyata keçirilən tədbirlər, aparılan maarifləndirmə işləri insanlar tərəfindən razılıqla qarşılanır. Sakinlər aparılan qabaqlayıcı tədbirlərə görə dövlət başçısına və Birinci vitse-prezident, cox hörmətli Mehriban xanım Əliyevaya minnətlarlıqlarını bildirirlər.
Mətbuat xidməti