Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid Məmmədli Cavid Natiq oğlunun xatirəsi anıldı.

04 oktyabr 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, Şirvan Appelyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Məhkəməsinin sədri Elçin Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları şəhid ailələri ilə birlikdə 44 günlük Vətən Müharibəsində Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə komandiri ilə birgə şəhid olan Məmmədli Cavid Natiq oğlunun ildönümü ilə əlaqədar qəbirüstü abidəsini ziyarət edib. Şəhidin əziz xatirəsi anılaraq, ruhuna dualar oxunub. Şəhidlərimizə Allahdan rəhmət, valideynlərinə səbr dilənib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüz uğrunda canını fəda edən igidlərin qəhrəmanlıqlarından danışıb, belə fədakar vətən övladlarını böyüdən valideynlərə minnətdarlığını bildirib, Allahdan səbir diləyib. Vətənimizin bütövlüyü uğrunda şəhid olanların hər zaman qəlblərdə yaşayacağını, şəhid ailələrinə göstərilən diqqət və qayğının  bundan sonra da davam etdiriləcəyini söyləyib.Milli Məclisin deputatı İltizam Yusifov çıxışında 44 günlük Vətən müharibəsində igidlərimizin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb. Bildirib ki, məhz qəhrəmanlarımızın sayəsində işğaldan azad edilən torpaqlarımızın hər guşəsində hazırda Azərbaycan bayrağı dalğalanır. Hər il qeyd edəcəyimiz Zəfər Gününə görə onlara borclu olduğumuzu heç bir zaman unutmayacağıq.
   Şəhid Cavidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.
   Anım mərasimi şəhidin evində davam edib..
   Allah qəhrəman şəhidlərimizə  rəhmət etsin !            
                                  

  Mətbuat xidməti

Keçidlər