Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlıq probleminə dair təlim və treninq keçirildi.

06 oktyabr 2021 | 16:00

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 22 iyul 2019-cu tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.18 və 4.4.26-cı bəndlərinin icrası ilə əlaqədar Şirvan şəhərində treninq keçirilmişdir.
    Treninqdə Operativ Qərargahın karantin rejiminə dair mövcud qaydaları və metodik göstərişlərinin tələbləri nəzərə alınaraq Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, o cümlədən Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşları iştirak ediblər.
    Komissiyanın iclasında həmçinin ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları və valideyn komitəsi sədrləri də iştirak edirdilər.

Mətbuat xidməti

Keçidlər