Şirvanda şəhid Hüseynov Nicat Ziyafət oğlunun xatirəsi anıldı.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Şirvan Şəhər Məhkəməsinin sədri Elçin Qurbanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları və şəhid ailələri ilə birlikdə Vətən müharibəsində yaralı döyüş yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olan Hüseynov Nicat Ziyafət oğlunun xatirəsi anılaraq, ruhuna dualar oxundu, ailəsinə səbir diləndi.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 44 günlük savaşda torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şirin canlarını heçə sayan igid oğullarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildirdi. Üçrəngli bayrağımız işğaldan azad edilən torpaqlarda dalğalansın deyə canını qurban verənlərin heç vaxt unudulmayacağını vurğuladı. Ərazi bütövlüyümüz uğrunda arzularından, gələcəyindən, sevdiklərindən və həyatlarından keçən igidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir dilədi.
Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev . vətənimizin bütövlüyü uğrunda şəhid olanların hər zaman qəlblərdə yaşayacağını söylədi.Bildirdi ki, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatlarında qəhrəmanlıq göstərərək şəhadətə yüksələn igidlərimiz sayəsində bu gün torpaqlarımız işğaldan azaddır. Onlar sayəsində bundan sonra hər il torpaqlarımızın işğaldan azad olunmasını və böyük Qələbəmizi qeyd edəcəyimizi vurğuladı.
Şəhid Nicat Hüseynovun valideynləri onlara göstərilən diqqət və qayğı görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər. .
Anım mərasimi şəhidin evində davam edib.
Allah sənə rəhmət etsin, Qalib xalqın qəhrəman şəhidi!
Mətbuat xidməti