Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı

12 oktyabr 2021 | 16:00

Şirvan şəhəri, Mehmandarov küçəsi dalan 1, ev 3 ünvanında yaşayan Ağayev Mübariz Hacıağa oğlu 11 oktyabr 2021-ci il tarixdə internet TV kanalı vasitəsilə yayımlanan müraciətində Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən müraciətinə baxılmadığını bildirir və köməklik göstərilməsini xahiş edir.
    Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti olaraq bildiririk ki, 1-ci qrup əlil Ağayev Mübariz Hacıağa oğlunun Şirvan Şəhər İcra Hakimiyyətinə ünvanladığı müxtəlif məzmunlu müraciətlər qanunvericiliyə uyğun cavablandırılmış və vətəndaşa rəsmi məktub göndərilmişdir. Mübariz Ağayev karantin rejiminin qaydaları gözlənilməklə dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı və müavinləri tərəfindən qəbul edilmiş, qaldırdığı məsələlərin həlli istiqamətində ona zəruri köməkliklər göstərilmişdir.
    Belə ki, Şəhər İcra Hakimiyyəti başçısının 30.09.2021-ci il tarixli 137 nömrəli Sərəncamı ilə 1-ci qrup əlil Ağayev Mübariz Hacıağa oğluna 100 manat birdəfəlik yardım olunmuşdur.
    Mübariz Ağayev 1-ci qrup əlil kimi ümumilikdə 330 manat müavinət alır ki, bunun 280 manatı 1-ci qrup əlil olduğu üçün özünə, 50 manatı ona qulluq edən şəxsə ödənilir.
    Mübariz Ağayevin yaşadığı fərdi evdə hamam və sanitar qovşğının tikilməsinə köməklik göstərilməsi məqsədilə Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətə cavab olaraq bildiririk ki, fərdi evlərin və yardımçı tikililərin inşası qanunvericiliyə uyğun olaraq vətəndaşların öz vəsaiti hesabına həyata keçirilir. Hazırda bu istiqamətdə köməklik göstərilməsi Şəhər İcra Hakimiyyətinin imkanları xaricindədir.
    Mübariz Ağayevin internet TV kanalında yayımlanan videomüraciətində oğlunun sentyabrın 29-dan təhsil aldığı məktəbə getməməsi ilə bağlı dediyi fikir tamailə yanlışdır. 14 nömrəli tam orta məktəbdən verilən məlumata görə Mübariz Ağayevin oğlu sentyabrın 29-dan müntəzəm olaraq hər gün dərsə gəlmiş və məktəbli geyimi qənaətbəxş olmuşdur.
    Göründüyü kimi 1-ci qrup əlil Mübariz Ağayevin iddiaları əsassız və qərəzlidir. Bu tipli müraciətləri yayımlamazdan əvvəl internet və sosial şəbəkə adminlərinə Şirvan Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyi tövsiyə edirik.
   Mətbuat xidməti

Keçidlər