Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində İkinci Qarabağ müharibəsinin iki şəhidinin anım, iki şəhidinin doğum günü qeyd olunub.

13 oktyabr 2021 | 16:00

12 oktyabr 2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları və şəhid ailələri ilə birlikdə İkinci Qarabağ müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun  anım, Röyal Məmmədovun, Əli Mənəflinin doğum günü münasibətilə Şirvan şəhər Şəhidlər Xiyabanını ziyarət edib. Tədbir iştirakçıları 1-ci Qarabağ müharibəsi zamanı itkin düşənlərin xatirəsinə ucaldılmış abidəni və şəhid məzarlarını ziyarət edərək, önünə tər qərənfillər düzüb, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyiblər.
    Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Vətən müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun, Röyal Məmmədovun və Əli Mənəflinin məzarları qarşısında çıxış edərək belə qəhrəman, mərd və şücaətli oğul böyütdükləri üçün şəhidlərin valideynlərinə minnətdarlığını bildirib. Torpaqlarımızın azadlığı, vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından keçən igidlərimizin, şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi bundan sonra da daim əziz tutulacağını, hər zaman qəlblərdə yaşayacağını, illər keçsə də, nəsillər dəyişsə də unudulmayacaqlarını vurğulayıb. 30 ildən artıq erməni işğalı altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsi ilə azad edilməsində Müzəffər Ordumuzun və Qalib Ali Baş Komandanımız cənab İlham Əliyevin tarixi xidmətlərindən danışıb. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb, bu qayğının hər yerdə olduğu kimi Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhər icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri işin təşkili şöbəsinin yaradılmasının şəhid və qazi ailələrinə dövlət qayğısının təzahürü olduğunu bildirib. Şirvan şəhərində şəhid ailələrinə və Qarabağ müharibəsi iştirakçılarına göstərilən hörmət və ehtiramdan, olunan köməkliklərdən, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq və yenidənqurma işlərindən bəhs edib. Şəhidlərimizə və onların ailələrinə göstərilən ehtiramın hər bir azərbaycanlının mənəvi borcu olduğunu diqqətə çatdırıb.
    Sonra tədbir iştirakçıları İkinci Qarabağ müharibəsinin şəhidləri Bəxtiyar İslamovun, Emil Hümbətovun vaxtilə yaşadıqları evlərin qarşısında yaradılan xatirə lövhəsini ziyarət edib, onların həyat yolundan, döyüşlərdəki xidmətlərindən və gələcək nəsillər üçün qəhrəmanlıq salnaməsi olmalarından danışıblar. Şəhidlərin doğmaları və dostları onlar haqqında əziz xatirələrini bölüşüblər.
    Şəhid Röyal Məmmədovun və Əli Mənəflinin xatirə lövhəsinin qarşısında vaxtilə oxuduqları 1 nömrəli və 18 nömrəli tam orta məktəblərin müəllim və şagirdlərinin hazırladıqları bədii kompazisiya təqdim olunub.
    Şəhid ailələri şəhidlərə, şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həssas münasibətə  görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Mətbuat xidməti

Keçidlər