Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Vətən Müharibəsi şəhidi, xüsusi təyinatlı gizir Fərəcov Kamran İlqar oğlunun anım günü qeyd edildi

29 oktyabr 2021 | 16:00

29.10.2021-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Baş Pasport və Miqrasiya Xidməti İdarəsinin rəisi, general mayor Nüsrət Şirinov, Şirvan Şəhər Apellyasiya məhkəməsinin sədri Vəli Abdullayev, Şəhər prokuroru Kamal Talıbov, Polis Şöbəsinin rəisi Hikmət Quliyev, Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Təhmasib Gözəlov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Daxili Qoşunların “N” saylı hərbi hissəsinin komandiri İlkin Gözəlov, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhidin ailə üzvləri ilə birlikdə Şirvan Şəhidlər Xiyabanını ziyarət ediblər. Şəhidlər Xiyabanında ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi önünə əklil qoyublar.
    Tədbir Şəhid Fərəcov Kamran İlqar oğlunun məzarı önündə davam etdirilib. Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Baş Pasport və Miqrasiya Xidməti İdarəsinin rəisi, general mayor Nüsrət Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi İlkin Məmmədov öncə şəhidin ailə üzvlərinə başsağlığı verib, səbr diləyiblər. Belə qəhrəman, igid oğul böyütdüklərinə görə onlara təşəkkürlərini bildiriblər. Erməni işğalına və təcavüzünə qarşı 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Zəfər Yürüşündə, qəhrəman Azərbaycan xalqının Dövlət Başçısı ətrafında sıx birləşib orduya göstərdiyi dəstəkdən, Silahlı Qüvvələrin əsgər və zabitlərinin ağır döyüş şəraitində keçirdikləri uğurlu əməliyyatlardan, əsgər və zabitlər arasında yüksək hərbi vətənpərvərlik sayəsində əldə olunan nailiyyətlərdən, işğaldan azad edilən tarixi torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasında və qələbənin təmin edilməsində Xüsusi təyinatlıların göstərdikləri şücaətlərdən və qəhrəmanlıqlardan, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin gördüyü tədbirlərdən danışıblar. Azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işlərindən bəhs edərək bildirib ki, Dövlət başçısının Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva ilə birlikdə rayonlara onların azad olunduğu tarixin ildönümündə səfər etməsi, yeni, müasir tipli infrastruktur layihələrinin təməlqoyma mərasimlərindəki iştirakı, praqmatik, konseptual, regiona ünvanlanmış və gələcəyə hesablanmış çıxışları hər birimizdə dövlətmizə inam və iftixar hissi yaradır.
    Baş Pasport və Miqrasiya Xidməti İdarəsinin rəisi, general mayor Nüsrət Şirinov Şəhid Fərəcov Kamran İlqar oğlunun ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunduğu “Kəlbəcərin azad olunması uğrunda” və “Vətən uğrunda” medallarını Şəhidin atası İlqar Fərəcova təqdim edib.
    Şəhid atası İlqar Fərəcov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını və təşəkkürünü bildirib.
    Tədbir Şəhid Fərəcov Kamran İlqar oğlunun yaşadığı ünvanda Xatirə guşəsinin və baralyefin açılışı ilə davam etdirilib. Şəhid Fərəcov Kamran İlqar oğlunun ruhuna dualar edilib.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin.

     Mətbuat xidməti

Keçidlər