Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində Zəfər günü ilə bağlı silsilə tədbirlər keçirilir.

07 noyabr 2021 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin birlikdə təskilatçılığı ilə  8 Noyabr-Zəfər günü  münasibətilə "Möhtəşəm qələbəmiz tariximizin zəfər səlnaməsidir" devizi altında tədbir keçirilib.
    Öncə tədbir iştirakçıları şəhərin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək ehtiramlarını ifadə ediblər. Sonra Şəhidlər Xiyabanında Qəhrəman oğullarımızın məzarları ziyarət olunub. Tədbir 21 nömrəli məktəbin akt zalında pandemiya qaydaları gözlənilməklə davam edib. Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra ölkəmizin müstəqilliyinin, suverenliyinin, konstitusiya quruluşunun, ərazi bütövlüyünün qorunması zamanı Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun tarixi torpaqlarımızın azad edilməsi uğrunda apardığı döyüş əməliyyatlarında rəşadət və qəhrəmanlıq göstərərək canından keçmiş bütün şəhid əsgər və zabitlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr dilənib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək bildirib ki, bir il əvvəl  Azərbaycan Respublikasının Prezidenti, Silah Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır!” çağırışı ilə xalqımız dövlət başçısının ətrafında “Dəmir yumruq” kimi birləşdi. Şanlı Azərbaycan Ordusu 30 ilə yaxın işğalda olan torpaqlarımızı 44 gün ərzində azad edərək ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.
    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov bildirdi ki, Noyabrın 8-də Qarabağın ürəyi, incisi, baş tacı hesab olunan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazıldı. Milli həmrəyliyin , peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumuzun gücü düşməni kaputulyasiya aktını imzalamağa məcbur etdi, düşmən tarixi torpaqlarımızdan qovuldu. Azərbaycan xalqı küçələrə, meydanlara axışaraq böyük sevinc və qürur hissi ilə Şanlı Zəfərini qeyd etdi.
    Təhsil Söbəsinin müdiri Rövşən Allahverdiyev, 21 nömrəli məktəbin direktoru Səadət Quliyeva, Şəhid atası Alim Zülfüqarlı, müharibə iştirakçısı Elvin Abbasov  erməni işğalına və təcavüzünə qarşı 44 günlük Vətən Müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Zəfər Yürüşündən, qəhrəman Azərbaycan xalqının Dövlət Başçısı ətrafında sıx birləşib orduya göstərdiyi dəstəkdən, Silahlı Qüvvələrin əsgər və zabitlərinin ağır döyüş şəraitində keçirdikləri uğurlu əməliyyatlardan, əsgər və zabitlər arasında yüksək hərbi vətənpərvərlik sayəsində əldə olunan nailiyyətlərdən, işğaldan azad edilən tarixi torpaqlarımızda Azərbaycan bayrağının ucaldılmasında və qələbənin təmin edilməsində Xüsusi təyinatlıların göstərdikləri şücaətlərdən və qəhrəmanlıqlardan, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları ilə bağlı dövlətimizin gördüyü tədbirlərdən danışıblar.

Mətbuat Xidməti

Keçidlər