Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində 8 Noyabr –Zəfər günü ilə bağlı silsilə tədbirlər davam edir.

07 noyabr 2021 | 16:00

Şirvan şəhər İcra Hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə  təşkilatçılığı ilə “44 günlük  Zəfər taiximiz” adlı  tədbir keçirildi.Tədbirin rəsmi hissəsi Azərbayacan Respublikasının Dövlət Himni ilə açıq elan edildi və  Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. İlk öncə  Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Aynur Fərzəliyeva geniş məruzə ilə çıxış etdi. II-ci Qarabağ döyüşlərində iştirak etmiş Şirvan şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Ümüd Quliyev  Mədəniyyət işçiləri Həmkarlar Təşkilatinin Fəxri-Fərmanı ilə təltif olunduqdan sonra tədbirin bədii hissəsinə keçildi.Tədbirin bədii hissəsi Rövşən Babayevin ifasında “Xarı bülbül” şerinin səsələndirilməsi və simvolik olaraq "Xarı Bülbülün" səhnəyə yerləşdirilməsi ilə başladı.Daha sonra   Mərkəzin əməkdaşları Azər Həsənov , Ümüd Quliyev, Sabit Abdullayev və Firuzəxanım Abbasova vətənpərvər mahnılar ifa etdilər. Rejissor ssenarist Elşən İsmayılın təqdimatında “Bütöv Azərbaycan “ kompozisiyası nümayiş olundu. Şirvan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Məhəmmədin ifasında  “Qarabağ  şikəstəsi”  səsələndirildi. Daha sonra  Şirvan şəhər 13 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Şirvan şəhər Mədəniyyət Mərkəzinin  “Gur” rəqs ansamblının ifasında “Cəngi” rəqsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.Sonda Mərkəzin direktoru Namini Nəmidə tərəfindən bir neçə gənc Fəxri-Fərmanla təltif olundu.

Mətbuat Xidməti

Keçidlər