Şirvan şəhərində Zəfər günü münasibəti ilə məktəblilərin əl işlərindən ibarət sərgi təşkil olunub.
Şirvan şəhərində Zəfər günü münasibəti ilə “Zəfər tariximiz” mövzusunda məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi təşkil olunub. Sərgidə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfər, Qələbədən sonra Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri, “Dəmir Yumruq”, “Qarabağ mənzərələri”, “Şuşa qalası”, Vətən Müharibəsinin rəmzinə çevrilmiş “Xarıbülbül”, Şirvan şəhərindəki “Zəfər Abidəsi” və s. mövzuları əhatə olunub. Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid ailələri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər Zəfər bayramına həsr olunmuş sərgi ilə tanış olub, məktəblilərə yaradıcılıq uğurları arzu edilib.
Mətbuat Xidməti