Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində tarixi qələbənin birinci ildönümü münasibətilə 8 noyabr - Zəfər günündə ağacəkmə aksiyası keçirilib.

08 noyabr 2021 | 16:00

Xalqımızı möhtəşəm Qələbəyə aparan 44 günün şərəfinə 8 noyabr-Zəfər Günündə ölkə üzrə 44 min ağac əkilməsi aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirinin iştirakı ilə əsaslı  yenidənqurma işləri tamamlanma üzrə olan Şirvan şəhəri Məhəmməd Füzuli adına Mədəniyyət və istirahət parkında  ucaldılmış “Zəfər” abidəsinin ətrafında birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ağacəkmə kompaniyası keçirilib. Ağacəkmə aksiyasında Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və könüllülər iştirak edib. Abidə ətrafında Şirvan şəhərindən olan 157 şəhidin hər birinin şərəfinə ağac əkilib, parkın meşə zolağında isə 2500 sərv və şam ağacları əkilmişdir.


Mətbuat xidməti

Keçidlər